Hazırda erkən nikah sosial problem kimi dünyada aktuallıq kəsb edən məsələlərdən biridir.
Sosioloq Fatimə Hacıbəyli Hit.az-a deyib ki, bir çox ölkələrdə və eyni zamanda Azərbaycanda erkən nikah çox böyük problem olaraq qalır:
"Erkən nikahın qarşısını almaq üçün həll yolu olaraq bir cox qərarlar qəbul edilməsinə baxmayaraq , ölkəmizdə hələ də 18 yaşına çatmamış yeniyetmə qızları erkən nikaha məcbur edirlər. Bəzi valideynlər sanki qız uşaqlarını bir yük olaraq görürlər və zamanla o yükdən azad olmağa çalışırlar və yeniyetməlik dövrünə çatan kimi qızlarını təhsildən kənarlaşdıraraq , ailə qurmağa məcbur edirlər. Bu gün biz baxsaq bölgələrdə bir çox ailələr bu yanlış düşüncə tərzi ilə yanlış addımlar ataraq qızlarını az yaşda nikaha məcbur edirlər. Onu da deyim ki, erkən evliliklərin reqallaşmasında valideyn savadsızlığı da rol oynayır".
Sevinc


