Binəqədidə bəzi evlər söküləcək: Sakinlər kompensasiyadan narazıdır - VİDEO

SOSİAL
11:00 / 09.01.2026
108
Bakının Binəqədi rayonu, 2-ci mədən küçəsindəki mənzillər plana düşüb, evlər söküləcək.
 
Bu barədə ərazidə yaşayan sakinlər "Xəzər Xəbər”ə deyiblər. Onların sözlərinə görə, ilkin mərhələdə 8 ailənin köçürüləcəyi deyilib.
 
Kompensasiya məbləği bəzi sakinləri isə qane etməyib. Onlar ayrılan vəsaitin az olduğunu deyirlər.
 
Məsələ ilə bağlı ərazi üzrə 145 saylı Mənzil kommunal istismar sahəsindən bildirilib ki, xidməti ərazilərində 10 mənzil qəzalı binalar sırasındadır. 2022-ci ildə FHN tərəfindən rəy də verilib. Proses Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə olunub.
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsidən də məlumat təsdiqlənib. Bildirilib ki, sakinlərlə görüşlər keçiriləcək, razılıq əldə olunacağı təqdirdə söküntü işlərinə start veriləcək.
 

0