Bəziləri üçün toy milli kimliyin və ənənənin qorunmasıdırsa, digərləri üçün bu, ailə büdcəsini çətinliyə salan israfçılıq nümunəsidir.
Bəs ənənə ilə israfçılıq arasında balans necə qurulmalıdır?
Bununla bağlı Hit.az-a açıqlama verən sosioloq Fatimə Hacıbəyli deyib ki, toylarda bahalı zallar, israfçı menyular, borcla alınan zinət əşyaları məhz bu sosial nümayişin təzahürüdür:
"Problem toy adətində yox, bu adətə əlavə edilmiş və zamanla "mütləq olmalıdır" kimi qəbul edilən gözləntilərdədir. Ümumiyyətlə, toyların formatı heç də ürəkaçan deyil. Toylarda israfçılığa son qoyulması hər kəsin ürəyincə olar".
Ekspert qeyd edib ki, toylarla bağlı insanların düşüncəsi dəyişməlidir:
"Bu halda israfçılıq da olmaz. Lakin bunu qanunla tənzimləmək mümkün deyil. Dünyanın hər yerində xeyir və şər məclisləri yazılmamış qanunlarla idarə olunur".
Sevinc


