Sosial şəbəkə insanların əsl simasını ortaya çıxarır

SOSİAL
12:56 / 13.01.2026
54

Sosial şəbəkələr həyatımızın bir parçasına çevrilib. 

Yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs sosial şəbəkə istifadəçisidir. Kimisi maariflənmək, kimisə gəzdiyi yeri paylaşmaqla qohumuna, rəfiqəsinə acıq verir. Digəri də ancaq başqalarının paylaşımını aşağılamaqla məşğuldur. 

Beləliklə, sosial şəbəkə insanların əsl simasını, xarekterini ortaya qoyur.

Dediyimiz kimi, bəzi insanlar sosial şəbəkədən ancaq içindəki kini, qəzəbi tökmək üçün əlverişli yer sayırlar. Məsələn, kimsə uğur qazanıbsa onu təhqir etməyə başlayırlar. 

Elə bu yaxınlarda Azərbaycan milli mətbuatının yaranmasının 150 illiyi münasibətilə bir qrup media nümayəndəsinə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib. Bəziləri yazıq jurnalistlərə medal almaq sevincini paylaşmağa belə imkan vermirlər. Adamlar öz uğurlarını, sevinclərini öz şəxsi səhifələrində bölüşürlər. Bir daha deyirəm, bunu başqasının yox, öz səhifələrində edirlər. 

Ancaq paxıl, başqasının uğuruna sevinə bilməyən şəxslər isə belə paylaşımlardan yorulduqlarını iddia edirlər. Ay adam baxma da, xoşun gəlmir, çıxart həmin insanı dostluq siyahından. Axı nə üçün insanları özündən iyrəndirirsən? 

Yəni insanları tanımaq üçün sosial şəbəkədə bir-iki tur etmək, onların nə düşündüyünü bilmək elə də çətin deyil... 

Sevinc

0