Nikahdankənar doğulan uşaqlar niyə artır?

SOSİAL
18:30 / 15.01.2026
103

Ötən illərdən fərqli olaraq nikahdankənar uşaqların sayı artıb.

Artıq cütlüklər insanlar çəkinmədən övladının nikahdankənar olduğunu etiraf edirlər. Üstəlik, bunu normal qarşılayanların da sayı artmaqdadır.

Sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlamasında deyib ki, nikahdankənar evliliklər cəmiyyətimizin tarixi ailə dəyərlərini sarsıdır:

389785

"Bu, ailə dayanıqlığını zəiflədir, uşaqların sosiallaşmasında neqativ nəticələr yaradır. Natamam ailədə böyüməyə məcbur qalan uşaqlar travma alır, cəmiyyətə kinli münasibətdə olurlar".

Ekspert qeyd edib ki, bəzi kişilər rəsmi evlilikdən başqa, digər xanımla qeyri-rəsmi münasibətlər yaşamağa üstünlük verirlər:

"Bu münasibətlər dünyaya nikahdankənar körpələrin gəlməsinə şərait yaradır. Bu da istər ana, istərsə də körpə üçün gələcəkdə müəyyən problemlərə səbəb olur".

Sevinc

0