Məlum olduğu kimi, magistratura səviyyəsi üzrə qəbul imtahanlarında esse tipli yazı tapşırıqlarının qiymətləndirilməsində dəyişiklik edilib.
Belə ki, bu ildən etibarən tədrisi ingilis dilində olan ixtisaslaşmalara qəbul olmaq istəyənlər üçün essedə bal məhdudiyyəti tətbiq edilib. Yeni qaydalara görə, artıq tədrisi ingilis və ya alman dilində olan ixtisaslaşmaları ərizəsində qeyd etmək istəyən bakalavrlar esse yazmalı və bu tapşırıqdan minimum 2 bal toplamalıdırlar.
Maraqlıdır, bu məhdudiyyətin tətbiq olunmasına səbəb nədir?

Mövzu ilə bağlı Hit.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, magistratura təhsili gənclərə həm öz ixtisası, həm də fərqli sahələr üzrə akademik inkişaf imkanı yaradır:
"Magistratura imtahanının forması çoxdan dəyişdirilməli idi. Ona görə də bunu gözlənilən hesab etmək olar. Nəzərə almaq lazımdır ki, magistratura akademik göstərici sayılır.
Magistratura təhsili gənclərə həm öz ixtisası, həm də fərqli sahələr üzrə akademik inkişaf imkanı yaradır. Zaman keçdikcə yüksəkixtisaslı və akademik hazırlıqlı kadrlara ehtiyac daha da artacaq".
Sevinc


