Buraxılış və qəbul imtahanlarının tarixi nə vaxt açıqlanacaq?

SOSİAL
12:00 / 19.01.2026
42

Hər il yanvar ayının əvvəlində Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunacaq imtahanların illik qrafiki ictimaiyyətə təqdim olunur. Hazırda yanvarın ikinci ongünlüyü başa çatmaq üzrə olsa da, hələ də 2025/2026-cı tədris ili üçün buraxılış və qəbul imtahanlarının vaxtı açıqlanmayıb. 

HİT.az xəbər verir ki, “Qafqazinfo” məsələyə aydınlıq gətirmək üçün DİM-ə müraciət edib.

Qurumdan bildirilib ki, 2026-cı ildə keçiriləcək imtahanların qrafiki bu ay ərzində elan olunacaq.

“Hazırda bəzi imtahanların qrafiki üzərində müzakirələr aparılır. Qrafikin yanvar ayı ərzində elan edilməsi nəzərdə tutulur”, - DİM-dən bildirilib.
 

0