Gənclər nə üçün evlənmək istəmirlər?

SOSİAL
15:38 / 19.01.2026
49

Ötən il ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb. 

Bu barədə məlumatı Dövlət Statistika Komitəsi yayıb. Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.

Bu isə nikahların sayının azalmağa davam etdiyini göstərir.

Bəs buna səbəb nədir?

Mövzu ilə bağlı sosioloq Fatimə Hacıbəyli Hit.az-a açıqlama verib. O bildirib ki, gənclərin ailə dəyəri və məfhumu ilə bağlı fikri dəyişib: 

"Gənclərin evlənməməsinə sosial-iqtisadi vəziyyət təsir edir. Ölkədə iş yerlərinin az olması, mövcud iş yerlərində də maaşların aşağı olması gəncləri evlənməkdən çəkindirir. Üstəlik, bu gün Azərbaycanda gənclərin 90 faizinin ev almaq imkanları da yoxdur. Bu isə sosial problemlərin təsiridir. Bununla yanaşı, boşanmaların sayının artması da gəncləri evlilik fikrindən yayındırır".

Sevinc

0