Azyaşlı uşaqların xarici dilləri erkən öyrənməsi vacibdirmi?

SOSİAL
23:34 / 22.01.2026
43

Bu gün valideynlərin əksəriyyəti övladlarının bir neçə dildə danışmasını istəyirlər.

Bəzən uşaq yeni-yeni dil açmasına baxmayaraq, valideynlər azyaşlıya ingilis və ya rus dilində danışmağa vadar edirlər. 

Maraqlıdır, bu hal nə dərəcədə düzgündür? Ümumiyyətlə, azyaşlı uşaqların xarici dilləri öyrənməsi və həmin dillərdə danışması vacibdir?

Mövzu ilə bağlı psixoloq Könül İsmayılova Hit.az-a açıqlama verib. O bildirib ki, 3 yaşına qədər ana dilini başqa dillə əvəz etmək olmaz:

390282

"Uşaqlar dil açan zaman konkret bir dildə danışmağı öyrənməlidirlər. Valideynlər uşağa növbəti dili öyrətmək istəyirlərsə, bunu 3 yaşından sonra etmək məsləhətlidir. Əgər uşağın 3 yaşı tamam olubsa və sərbəst şəkildə ana dilində danışa, fikirlərini asanlıqla ifadə edə bilirsə, o zaman növbəti dilin öyrədilməsinə başlamaq olar".

Ekspert qeyd edib ki, uşaq təzə-təzə sözlər deməyə başlayırsa, söz birləşmələrindən istifadə edirsə və yaxud fikrini çatdırmaqda çətinlik çəkirsə, ona ikinci dilin 4 yaşa qədər öyrədilməsi düzgün deyil:

"Ümumiyyətlə, uşaq ilk növbədə öz ana dilində danışmağı tam öyrənməlidir. Ondan sonra digər əcnəbi dilləri öyrənə bilər".

Sevinc

0