2025-ci il ərzində 132 üçəm uşağın doğumu qeydə alınıb. Onların 60-ı qız, 72-si oğlandır. Qeyd olunan doğumlar arasında 5 halda (15 uşaq) hər üç uşaq qadın cinsli olub.
Bu barədə Bizim.Media-ya Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, həmin dövr ərzində 3 064 əkiz uşağın doğumu qeydə alınıb ki, onlardan 1 517-si qız, 1 547-si isə oğlan olub.
Qeyd edək ki, ötən il dördəm uşaqların doğumu qeydə alınmayıb.

