Boşanmalara səbəb böyüklərin müdaxiləsidir?

SOSİAL
15:45 / 26.01.2026
122

Bu gün ayrılmaq qərarı verən tərəflər müxtəlif məsələləri əsas gətirərək boşanmaq üçün məhkəməyə müraciət edirlər. 

Boşanmaya səbəb kimi göstərilən faktorlardan arasında ailəyə kənar müdaxilə əsas yerlərdən birini tutur. Yeni qurulan ailələrə böyüklərin müdaxilə etməsi davalar, mübahisələr yaradır ki, bu da sonda boşanma ilə nəticələnir.

Maraqlıdır, ailəyə əsas müdaxilə kim tərəfindən edilir? 

Mövzu ilə bağlı psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqının ailə dəyərlərində, ailə institutunda əvvəllər böyüklərin sözünə çox böyük qiymət verilirdi:

390487

"Yəni hansısa ağsaqqal, müdrik, ağbirçək və ya hörmət edilən ziyalı ailənin möhkəmlənməsi üçün araya girirdi, tərəflərə öyüd-nəsihət verirdi. Bütün analar dünyaya övlad gətirəndən sonra ən böyük arzusu onun toyunu görmək olur. Ata-analar bunun uğrunda cəfakeşlik edirlər, boğazlarından kəsib övlad böyüdürlər, təhsil verirlər. 

Belə olan halda necə ola bilər ki, həm qız, həm oğlan tərəfin valideynləri övladlarına qarşı hər cürə qayğını göstərsinlər, ondan sonra da ya oğlan, ya qız ata-alarına "ailəmə qarışma" desin? Elə gənc ailələr var ki, sosial-iqtisadi problemləri böyüklərin üzərinə salıb. Yəni onların pensiya kartı ilə dolanırlar. Ancaq bir problem olanda ailə böyüklərini qarışmağa qoymurlar. Təbii ki, bu da düzgün yanaşma deyil".

Sevinc

0