Ən çox və ən az məscidləri olan bölgələrimiz - SİYAHI

SOSİAL
11:26 / 05.02.2026
76

Hazırda Azərbaycanda mövcud olan məscidlərin ümumilikdə sayı 2 387-dir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. 

Bildirilib ki, respublikamızda məscidlərin sayı bölgələr üzrə fərqlidir. Ölkəmizdə ən çox məscid Lənkəran-Astara bölgəsində (612 məscid), ən az məscid isə Qazax-Tovuz regionunda (30 məscid) yerləşir. Bakı şəhərində 147 məscid mövcuddur.

Məlumata görə, hazırda ölkənin fərqli bölgələrində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dini abidələrin bərpası, yeni ibadət yerlərinin tikintisi istiqamətində mühüm işlər həyata keçirilir.

0