Həcc ziyarəti üzrə kvotanın 70 faizi tamamlandı

SOSİAL
10:07 / 09.02.2026
40

Həcc ziyarəti üzrə kvotanın 70 faizi tamamlanıb.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

"Təyin olunmuş vaxt bitdikdə, kvotanın tamamlanıb-tamamlanmamasından asılı olmayaraq qeydiyyat prosesi yekunlaşdırılacaq", o, bildirib.

Qeyd edək ki, sənəd qəbulu üçün son tarix 2026-cı ilin fevralın 15-i müəyyən edilib. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

0