Narkotik gəncləri niyə cəlb edir? - MÜSAHİBƏ

SOSİAL
10:56 / 09.02.2026
129

Cəmiyyətimizin ən böyük problemlərindən biri də narkotikdir.

“Ağ ölüm” yaşından asılı olmayaraq hər kəsi öz əsirinə  çevirib. Narkotikin əsiri, qurbanları günü-gündən artır. Təəssüf ki, narkotik istifadəçiləri arasında gənclər üstünlük təşkil edir. Gənclərin narkotik asılılığı isə cəmiyyət üçün ciddi təhlükəyə çevrilib.

Hit.az gənclərin narkotik asılığı barədə narkomaniya üzrə ekspert Emil Maqalovla söhbətləşib.

- Emil bəy, gəncləri gəncləri narkotik nə üçün cəlb edir? 
- Yeniyetmələrin, gənclərin narkotikə meyl etməsinin bir neçə səbəbi var. İlk olaraq deyim ki, ailə nəzarətinin zəif olması, emosional dəstəyin olmaması, psixoloji problemlər, depressiyaya meylilik gəncləri bu bəlaya tez sürükləyir. Həmçinin, sosial və iqtisadi faktorlarun da rolu var. 

- Valideynlər övladının narkotik istifadə etdiyini necə öyrənə bilər?
- Övladının davranışda kəskin dəyişikliklər valideynin diqqəti cəlb etməlidir. Belə ki, onun heç nəyə marağının olmaması, dərsə getməməsi, daimi yorğun hiss etməsi və gözlərindəki dəyişikliklər əsas simptomlar olur. Eyni zamanda, evdəki məişət əşyalarının itməsi və ya pulun izahsız xərclənməsi kimi hallarda valideyni şübhələndirməlidir.

- Bəs övladının narkotik istifadə etdiyini anlayan valideyn necə reaksiya verməlidir? 
- Uşağın həqiqətən narkotik istifadə etdiyi aşkarlanıbsa, valideyn ilk növbədə təmkinli reaksiya göstərməlidir. Əgər uşaqda narkotik asılılığının bütün əlamətləri varsa, şəxs mütləq profisional narkoloq və psixoloqla görüşməli və ondan müəyyən məsləhətlər almalıdır. Unutmayın ki, bu bəladan çıxış yolu var. Yetər ki, şəxsin özü də iradəli və güclü olsun.

Günel

0