Yeniyetmələrə bıçaq satışı qadağan olunacaq? - AÇIQLAMA

SOSİAL
14:10 / 09.02.2026
46

Son vaxtlar ölkəmizdə bıçaqlanma halları artıb.

Xüsusilə də paytaxt Bakıda bu halların artması daha çox müşahidə olunur. Əfsuslar olsun ki, kriminal xronika hər iki hadisədən birinin bıçaqlanma ilə bağlı olduğunu göstərir. İntiqam, qisas almaq kimi istəkləri olan şəxslər məhz bu vasitə ilə cinayət törədirlər. Təəssüflə qeyd etmək lazımdır ki, soyuq silahla baş verən cinayətlərin əksəri yeniyetmələr tərəfindən qeydə alınır. 

Belə halda sual yaranır: 18 yaşı tamam olmayan şəxslərə bıçaq satışı qadağan oluna bilərmi? 

Milli Məclisin deputatı Ceyhun Məmmədov Hit.az-a açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində belə xoşagəlməz hadisələr yaşanır:

391552

"Hesab edirəm ki, bu, dünyada gedən proseslərin nəticəsi kimi dəyərləndirilə bilər. Çünki dəyərlər deqradasiyaya uğradıqca mənfi nəticələrin də sayı artır. Bu səbəbdən ailələr və məktəblər tərbiyə işinə artıq daha çox önəm verməlidir".

Deputat vurğulayıb ki, bıçaqlanma hallarının qarşısının alınması üçün fəal və məqsədyönlü tədbirlərin görülməsinə ehtiyac var:

"İlk növbədə görüləcək işlər siyahısına gənclərə bıçaq və silah satışının qadağan olunması ilə başlamaq lazımdır. Ümumiyyətlə, yeniyetmələrə bıçaq və ya silah satışından söhbət gedirsə, bu məsələ mütləq şəkildə geniş müzakirəyə çıxarılmalıdır. Çünki bu, çox ciddi problemdir və mütləq şəkildə real addımlar atılmalıdır".

Günel

0