Sevgililər günü: "Emosional və iqtisadi məna daşıyır"

SOSİAL
14:57 / 13.02.2026
128

Dünyanın bir çox ölkəsində 14 fevral Sevgililər günü kimi qeyd edilir. 

Gənclər həmin günə xüsusi maraq və həyəcanla hazırlaşır, sevdiklərinə sürpriz etməyə çalışırlar. Lakin cəmiyyətdə bu günün Azərbaycan üçün uyğun olmadığı və Sevgililər gününün yalnız 30 iyunda qeyd edilməlir kimi bir fikir də var. 

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, sevginin təqvimi yoxdur:

"Həqiqi sevən insan üçün xüsusi bir gün anlayışı əhəmiyyət daşımır. Buna baxmayaraq, cəmiyyətin böyük bir hissəsi 14 fevralı Sevgililər Günü kimi xüsusi olaraq qeyd edir. Çünki bu tarix artıq insanların şüuruna hopub və bir ənənəyə çevrilib. Düzdür, bəzi insanlar bu bayramın xarici mənşəli olduğunu əsas gətirərək onun ölkəmizdə keçirilməsini doğru saymırlar".

Lakin ekspert qeyd edib ki, 31 dekabrda qeyd etdiyimiz Yeni il bayramı da bizə kənardan gəlib:

"Bu isə o deməkdir ki, hansısa bir bayramın mənşəyinə görə onu tamamilə rədd etmək doğru yanaşma deyil. Üstəlik, 14 fevral tarixi artıq həm emosional, həm də iqtisadi məna daşıyır. Kimsə sevgisini ifadə etmək üçün hədiyyə seçir, başqa biri də həmin gündən maddi qazanc gözləyir".

Günel

0