Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu sabah pensiyaların ödənilməsini tam yekunlaşdırmağı planlaşdırır.
Bu barədə HİT.az-a Fonddan məlumat verilib.
Bildirilib ki, fevralın 20-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərə də ödəniş ediləcək.
1 yanvar 2026-cı ilə qədər təyin edilmiş bütün növ pensiyalar ilin əvvəlindən 9,3 % indeksləşdirilərək artırılıb.
Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödəniləcək.
Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunacaq.


