Qayınana-gəlin gərginliyində günahkar kimdir?

SOSİAL
15:40 / 19.02.2026
109

Yəni zamanında ona zülm edilmiş qadın yaşadıqlarını sanki gəlininə yaşatmaqla rahatlıq tapdığını düşünür.

Dünyanın hər yerində qayınana-gəlin problemi yaşanır. 

Gəlin özünü təsdiq etmək istəyir, qayınana isə hökmranlığı əldən vermək istəmir. Bu mübarizə ta qədimdən indiyə qədər davam edir və edəcək. Çünki analar oğullarını bölüşmək istəmir, gəlin isə "mənim dövrüm başlayır" prinsipində olduğu üçün aralarında gərginlik yaşanır. 

Təbii ki, bu gərginlik ailədaxili münasibətlərə, münaqişələrə səbəb olur. Əksər hallarda isə oğlan tərəfsiz qalmağı seçir. Ona görə ki, bir tərəfdə ana, digər tərəfdə isə yoldaşıdır. Gərginliyə səbəb isə adətən fikirlərin üst-üstə düşməməsidir. Çox vaxt yaşlı nəsillə gənc nəslin fikri üst-üstə düşmür.

Psixoloq Könül İsmayılova Hit.az-a açıqlamasında deyib ki, uğursuz gəlin-qayınana münasibətlərinin kökündə adətən travma yaşamış bir qayınana dayanır: 

392360

"Yəni zamanında ona zülm edilmiş qadın yaşadıqlarını sanki gəlininə yaşatmaqla rahatlıq tapdığını düşünür. Halbuki bu eqo mübarizəsi ilə gəlinə yox, ilk növbədə öz oğluna zərbə vurduğunu başa düşmür. Belə hallarda kişi anasına hörmətsizlik etməmək üçün ya baş verənləri görməzliyə vurur, ya da məsuliyyəti həyat yoldaşının üzərinə qoyur. Nəticədə, ailədaxili gərginlik artır".

Ekspert qeyd edib ki, bu gərginliyin sonunda ya ailə dağılır, ya da tərəflər belə yaşamağa məcbur qalırlar:

"Əslində, qayınanalar gəlinə yad biri kimi deyil, oğlunu xoşbəxt edən insan kimi baxsalar, “qayınana-gəlin problemi” deyilən anlayış da bu qədər kəskin olmaz. Lakin bu mövzu dünən də vardı, bu gün də var və görünür, sabah da olacaq. Çünki bir çox ana oğlunu heç kimlə bölüşmək istəmir”.

Günel
 

0