İş yerində kimlər daha çox bulinq məruz qalır?

SOSİAL
19:58 / 19.02.2026
111

Stresin ən çox hiss olunduğu məkanlardan biri də günün böyük qismini keçirdiyimiz iş yerləridir. 

Həddindən artıq iş yükü, kifayət qədər istirahətin olmaması, uzun və gərgin iş saatları zamanla insanı tükəndirən bir mühitə çevrilir. Bu gərginlik isə orqanizmin bioloji sistemlərini sürətlə "köhnəldir".

Bu təsirlər orqanizmə həm fiziki, həm də zehni sağlamlığa ciddi zərbə vurur. Təəssüflər olsun ki, mühitində "bullinq" adlanan psixoloji təzyiq yeni problem deyil. 

Əksər hallarda müdir işçiyə az əmək haqqı vermək və ya onu işdən uzaqlaşdırmaq məqsədilə açıq danışmaq əvəzinə, müxtəlif təzyiq üsullarına əl atır. O, bu addımlarla işçini elə vəziyyətə salır ki, sonda özü könüllü şəkildə işdən ayrılmağa məcbur qalır.

Əfsuslar olsun ki, iş yerlərində daha çox bu cür rəftara məruz qalanlar qadınlardır. Xanımların iş həyatında qarşılaşdıqları əsas çətinliklərdən biri ciddi qəbul edilməməkdir. Xüsusilə də qarşı tərəfin daha çox iş təcrübəsi olduqda, münasibət daha da sərtləşir və sonda ədalətsiz xarakterə çevrilir.

Nəticə etibarilə, qadınların motivasiyası azalır, özlərinə inamı sarsılır. Bəzi iş yerlərində isə qadınlara qarşı ayrı-seçkilik geyim qaydaları adı altında həyata keçirilir. Bu cür qadağalar peşəkarlıqdan çox, nəzarət və təzyiq vasitəsinə çevrilir...

Günel

0