Ötən il Azərbaycanda bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 149,5 saat təşkil edib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əvvəlki illə müqayisədə işçilərin iş saatının miqdarı artıb. Belə ki, 2024-cü ildə Azərbaycanda işçilərin orta aylıq işlənmiş iş saatlarının miqdarı builki göstəricidən 0,6 saat az – 148,9 saat olub.
Azərbaycanda ən çox işləyənlər ticarət və nəqliyyat vasitələrinin təmiri sahələrində çalışanlardır. Qeyd etdiyimiz sahələrin işçiləri ötən il ay ərzində orta hesabla 156,1 saat işləyiblər ki, bu da əvvəlki illə müqayisədə 0,9 saat çoxdur.
Ən az işləyənlər isə təhsil sahəsində çalışanlardır. Təhsil sahəsində çalışanlar ay ərzində 141,4 saat işləyiblər və bu da əvvəlki ilin analoji dövrü ilə müqayisədə 0,8 saat çox olub.
2025-ci ildə iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı belə olub:



