Məktəb və universitetlərdə dərs saatı azaldılır? - AÇIQLAMA

SOSİAL
18:59 / 24.02.2026
88

Son günlər Azərbaycanda dərs saatının azaldılması müzakirə olunur. 

Buna səbəb Azərbaycan universitetlərində dərs saatının fərqli olmasıdır. Belə ki, bir sıra ali təhsil müəssisələrində 90 dəqiqə, bəzilərində isə 80 dəqiqədir. 

Bu səbəbdən də dərs saatının eyni konkret bir vaxtda və qısa olması uyğun hesab edilir. Dərs saatının azaldılması təklifi tək universitetlər üçün deyil, orta məktəblər üçün də keçərli olması təklif olunur. Bu təklif zaman-zaman ictimai xadimlər tərəfindən səslənib. 

Təhsil eksperti Elçin Murad Hit.az-a açıqlamasında bildirib ki, dərslərin tənzimlənməsi onların ağırlığına və yüngüllük səviyyəsinə uyğun aparılmalıdır: 

392691

"Hesab edirəm ki, texniki fənnlərin dərs saatlarının azaldılması düzgün deyil, amma humanitar fənlərdə dərs saatı 10 dəqiqə azaldıla bilər. Nəzərə almaq lazımdır ki, humanitar fənlər əsasən nəzəriyyəyə əsaslanır və nəzəriyyə yorucu olur".

Orta məktəblərdə dərs saatının azaldılmasına gəlincə, həmsöhbətimiz bunu düzgün saymır: 

"Orta məktəblərdə dərs saatı 45 dəqiqədir. Bu müddət ərzində müəllim şagirddən əvvəlki dərsi soruşmalı, qiymətləndirməli və yeni dərsi izah etməlidir. Əgər vaxt qalarsa, köhnə dərslə bağlı test yoxlamaları da aparıla bilər. Məktəblərdə dərs saatı 45 dəqiqədən az olarsa, normal dərsdən söhbət gedə bilməz. Yəni orta məktəblərdə dərs saatının azaldılması yox, əksinə, fənnlər üzrə düzgün bölünərək artırılması məqsədəuyğundur".

Günel

0