Azərbaycanda bu qədər kişi atalıq məzuniyyətinə çıxıb

SOSİAL
22:22 / 04.03.2026
51

100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verilib.

Bu barədə Yeni Sabah”a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə bağlı 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib. Bu məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.

İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib.

0