Dələduzlar son zamanlar daha çox bu saxta elanlarla vətəndaşları aldadırlar - VİDEO

SOSİAL
20:56 / 09.03.2026
61

"Hesabınız dondurulub, müdaxilə var", "Viza üçün ödənişlər", "Qazandınız", "Sığorta aktivləşdirilir", "Sərfəli kredit" və bu kimi digər elanlar...

Son vaxtlar kiberdələduzlar tərəfindən vətəndaşlara bu tip saxta şirnikləşdirici elanlar göndərilir. Fırıldaqçılıq məqsədi ilə göndərilən elanlar vasitəsilə vətəndaşlara məxsus bank kartlarının məlumatları, eləcə də kredit limitləri vasitəsilə onlara ziyan vurulur.

İkt üzrə ekspertlər bildirirlər ki, fişinq yol ilə göndərilən bu elanlarda şəxslərin kart məlumatları, şifrə və digər məxfi məlumatları tələb etməsi, həmçinin qısa müddətdə yüksək qazanc vədləri dələduzluq əlamətləridir.

Ekspertlər qeyd edirlər ki, fişinq yolu ilə göndərilən mesaj və zənglərə cavab verilməzdən və ya hansı məlumat təqdim olunmazdan əvvəl qarşı tərəfin etibarlılığı mütləq şəkildə dəqiqləşdirilməlidir.

Mütəxəssislər bildirirlər ki, bu cür mesajlara etibar etməmək və şəxsi məlumatları paylaşmamaq vacibdir.//Xəzər TV

0