Nazir Laçında təsərrüfatlara baxış keçirib

SOSİAL
17:50 / 11.03.2026
55

 

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov özünüməşğulluq proqramı çərçivəsində rayon sakinləri Alyarova Elnurə Asif qızı və Rüstəmova Günay Pənah qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış keçiriblər.

Hit.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

Bildirilib ki, proqram üzrə Elnurə Alyarova üçün poliqrafiya xidmətləri, Günay Rüstəmova üçün isə un məmulatları istehsalı üzrə kiçik ailə biznesləri qurulub.

Hər iki proqram iştirakçısı doğma yurdlarına qayıtmalarına, habelə burada öz kiçik ailə bizneslərini qurmalarına görə sevinc və qürur hisslərini bölüşüb, göstərilən böyük diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərimizdə icra olunan aktiv məşğulluq proqramlarından biri də mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən özünüməşğulluq proqramıdır.

Qarabağ və Şərqi Zəngəzura köçürülən sakinlərdən artıq 759 nəfərə, o cümlədən Laçına köçürülən sakinlərdən 85 nəfərə bu proqram çərçivəsində mal və materiallar formasında aktivlər verilməklə, onlar üçün kiçik ailə təsərrüfatları yaradılıb.

0