Ekologiya və təbii sərvətlər naziri Şabranda vətəndaşları qəbul edib

SOSİAL
15:47 / 12.03.2026
55

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən 12 mart 2026-cı il tarixində ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Şabran rayon Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Siyəzən və Xızı rayonlarından olan sakinləri qəbul edib. 

Qəbuldan əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi anılıb. 

Vətəndaş qəbulu zamanı ətraf mühitin və biomüxtəlifliyin mühafizəsi, meşələrin qorunması, hidrometeorologiya və digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib. ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

0