Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarıldı

SOSİAL
11:39 / 13.03.2026
48

Barəsində ağır ittihamlar səsləndirilən vəkil Raul Ramazanov Vəkillər Kollegiyasından çıxarılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kollegiyanın İntizam Komissiyası belə qərar qəbul edib.

Qərara əsasən, R.Ramazanov artıq Kollegiyanın üzvü deyil.

Qeyd edək ki, iki ay əvvəl ixtisasca həkim olan L.Abdullayeva saytımıza müraciət edərək R.Ramazanova qarşı ağır ittihamlar irəli sürüb. Hazırda onlar arasında məhkəmə çəkişməsi gedir.

0