Yaşa görə orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbəti 57,2 faizə çatıb

SOSİAL
15:45 / 17.03.2026
49

2018-ci ildən ötən dövrdə icra olunan 5 sosial islahat paketinin bir istiqaməti olaraq pensiyalarda davamlı artımlara nail olunması orta aylıq pensiyanın orta aylıq əməkhaqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.

2026-cı ilin 1 mart tarixinə ölkəmizdə orta aylıq əməkhaqqı 1103,8 manat, orta aylıq pensiya 593 manat, yaşa görə orta aylıq pensiya 632 manat təşkil etməklə, qeyd edilən nisbət 2018-ci ilə nisbətən orta aylıq pensiya üzrə 40,7 faizdən 54 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 57,2 faizə çatıb.

 

 

 

0