Məlum olduğu kimi, mart ayının 20-21-i tarixlərində əksər Şərq xalqları, eləcə də azərbaycanlılar Novruz bayramını qeyd edəcəklər.
Mədəniyyətimizin və tariximizin ayrılmaz parçası olan Novruz bayramı qədimdən indiyə kimi el arasında təntənə ilə qeyd olunub.
Bu bayram ərəfəsində kasıb və ya varlı olmasından asılı olmayaraq, hər kəs bayram süfrəsinin bol olması üçün bazarlara üz tutur.
Bazar və marketlərdəki mövcud qiymətlərə istinadən 4 nəfərlik ailənin bayram süfrəsi üçün xərcləyəcəyi vəsaiti hesablamağa çalışdıq.
Bayram süfrəsinin əsas komponentlərindən olan paxlavanın 1 porsiyasının hazırlanması üçün lazım olan ərzaq və ədviyyatlara minimum 16,6 manat lazımdır:

30 ədəd şəkərburanın hazırlanması üçün isə 33 manat lazımdır:

Bunlardan başqa, 18 ədəd qoğalın (150 qram zeytun yağı, 150 ml süd, 2 ədəd yumurta, 1 paket maya, 700 qram un, 2 qaşıq kərə yağı, 200 qram qoz, 200 qram şəkər tozu, sarıkök, xaş-xaş, hil) bişirilməsi üçün 17 manat xərcləmək lazımdır.
Bayram nemətlərindən olan çərəzlərin (fındıq, qoz, badam, püstə, iydə, innab, quru xurma, kişmiş və s.) hər birindən bir nəfər üçün 50 qram alınarsa, ailənin daha 38,8 manat xərcləməsi lazımdır:
Alma, armud, banan, mandarin və heyvadan ibarət meyvələr 18 manata başa gəlir:

Novruz süfrəsində alkoqolsuz içkilərə isə təxminən 10 manat pul xərclənir.
Bunlardan başqa, Novruz süfrəsinin daha bir dəyişməz komponenti olan plovun süfrəyə verilməsi üçün orta statistik Azərbaycan ailəsi ən azı 32,5 manat vəsait sərf etməlidir:

Bütün bunları nəzərə alaraq qeyd edə bilərik ki, evə bayram bazarlığı etmək üçün yarmarkalara və marketlərə gedəcək vətəndaşlar yuxarıda adlarını sadaladığımız meyvə və çərəzləri, eyni zamanda bayram şirniyyatları üçün ərzaq məhsulları alacaqlarsa, özləri ilə ən azı 150 manat pul götürməlidirlər.
Mənbə: Yeniavaz.com


