Xəbər verdiyimiz kimi, "Azad Azərbaycan” (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Belə ki, "Bizimləsən” və "Rəngarəng” verilişləri efirdən çıxarılıb. Artıq kanalın yayım siyasətində də dəyişiklik edilib.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, xəbərlər proqramının sayı artırılıb. İndiyədək gündə iki dəfə - 14.00 və 20.30-da xəbərlər efirə gedirdi. Bu gün isə 17.00-da da xəbər buraxılışı yayımlanıb.
Məlumatda görə, bu son deyil və dəyişikliklər davam edəcək.


