2026-cı ilin ilk 3 ayında yeni doğulan körpələrə ən çox hansı adların verildiyi məlum olub.
Trend Ədliyyə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, 2026-cı ildə yeni doğulan oğlan uşaqlarına ən çox Uğur adı qoyulub.
Belə ki, 105 ailə bu addan istifadə edib. Bundan əlavə Hüseyn 82, Raul 76, Əli 64, Miran 58, Yusif isə 52 yeni doğulan oğlan uşağına seçilən ad olub.
Dünyana yeni göz açan qız uşaqları üçün ən çox istifadə edilən ad isə Məryəm olub. 85 uşağa bu ad verilib.
Bununla yanaşı, İnci 79, Melisa 78, Alisa 74, Nilay 69, Ayla isə 68 uşağın adı kimi ailələr tərəfindən seçilib.
2025-ci ilin eyni dövründə isə göstəricilər belə olub:
Kişi cinsli: Uğur (137), Hüseyn (87), Yusif (86), Əli (76), Raul (70), Miran (53).
Qadın cinsli: Nilay (91), Məryəm (87), Zəhra (81), Aylin (80), Melisa (78), Ayla (73).
Son 5 ilin statistikası isə aşağıdakı kimidir:



