Xoşbəxtlik hansındadır: Pulda, yoxsa daxili rahatlıqda?

SOSİAL
14:00 / 07.04.2026
147

“İnsanlar bütün zamanlarda pulun onlar üçün nə ifadə etdiyinə cavab axtarıblar”.

Bu sözləri klinik psixoloq Xəyalə Xasməmmədli Hit.az-a açıqlamasında deyib.

O, pulun psixoloji təsirləri barədə danışıb:


“Pul təkcə bizim təhlükəsizliyimizi təmin etmək üçün kifayətdirsə, o zaman niyə daha çox olmasını istəyirik? Çünki bunun arxasında müxtəlif qorxu və inanclar dayana bilir. Məsələn, “pulun yoxdursa zəifsən”, “pulu olmayan insan uğursuzdur”, “pulsuz insanın yanında heç kim olmur” kimi daxili qorxu və inanclar insanları daim ehtiyacından daha artıq qazanc əldə etməyə sövq edib”.

Ekspert bildirib ki, bu təlaş isə insanın yaşam keyfiyyətini aşağı salır:
“Bütün təhlükəsizliyimizi pul ilə əlaqələndirsək, onda pul çox olanda qorxu yerini başqa şeylə əvəzləyəcək. Əslində, pulun çoxluğu da insanın daxili narahatlığına gətirib çıxarır. Çünki bu dəfə onu itirmə qorxusu yaşayır. Pulu necə qoruyacağı barədə təşviş yaşayır və yenə də narahat olmağa başlayır”.

Psixoloq fikirlərini belə yekunlaşdırıb:
“Buradan belə nəticəyə gəlmək olar ki, daha balanslı yaşamaq və təhlükəsizliyimizin təmini üçün bizə daha çox pul deyil, sadəcə əlimizdə olanı daha səmərəli istifadə etməyimiz lazımdır. Unutmayın ki, pul həyatınızı qoruya bilər, amma daxili rahatlıq sizi həyatın hər anında qoruyur. İnsan daxilən rahat olmadığı müddətdə onu nə pul nə də başqa şey xoşbəxt edər. Onu da yadda saxlamaq lazımdır ki, kiçik şeylərlə xoşbəxt olmayanları böyük şeylər də xoşbəxt etməz”.

Aslan

0