Xəyanət edən şəxs həyat yoldaşına vurduğu mənəvi zərərə görə təzminat ödəməli ola bilər.
Demokrat.az xəbər verir ki, yeni qərar 2026-cı ildən etibarən qüvvəyə minib və keçmiş xəyanətlərə aid deyil. Bu qərar qəbul edildikdən sonra baş verən münasibətlərə aiddir. Belə halda, ailə münasibətlərinə zidd olaraq xəyanətə uğramış tərəf, xəyanət edən şəxsi şəxsiyyət hüquqlarının pozulması faktı ilə bağlı məhkəməyə verə bilər.
Təzminatın tələb olunması üçün məhkəmədə xəyanət faktı sübut edilməlidir. Qanunvericiliyə əsasən, xəyanət nəticəsində yaranan mənəvi zərərə görə təzminatın məbləği konkret hallardan asılı olaraq dəyişə bilər.
Xəyanətə görə təzminat yalnız boşanma zamanı deyil, nikah davam etdiyi müddətdə də tələb oluna bilər.
Qeyd edək ki, məsələ ilə bağlı “ARB Xəbər”də süjeti yayımlanıb.


