Onlar işə imtahansız qəbul ediləcək

SOSİAL
13:58 / 11.04.2026
49

Xəbər verdiyimiz kimi, Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiq edilib. Müsabiqə test imtahanından və söhbət mərhələsindən ibarət olacaq.

Trend-in əldə etdiyi məlumata görə, bəzi şəxslər müsabiqənin imtahan mərhələsindən azad ediləcəklər.

Belə ki, prokurorluqda və digər hüquq mühafizə orqanlarında xüsusi və ya hərbi rütbə nəzərdə tutulan vəzifələrdə işləyən, digər dövlət orqanlarında dövlət qulluğu keçən inzibati vəzifələri tutan, hüquq sahəsində elmlər doktoru elmi dərəcəsi olan və əvvəllər hakim işləmiş şəxslər imtahan mərhələsindən azad ediləcəklər.

İmtahan informasiya texnologiyalarından istifadə etməklə elektron formada keçiriləcək.

0