Övladlarımızı rəqəmsal mühitdən necə qorumalıyıq? - VİDEO

SOSİAL
22:55 / 30.05.2026
50

Uşaqların psixoloji inkişafı, davranışı, sosial münasibətləri və dünyagörüşünün formalaşdığı bir dövrdə sosial şəbəkələrin təsiri daha güclü hiss olunur

Sosioloq Üzeyir Şəfiyev deyir ki, uşaqların yaş xüsusiyyətləri nəzərə alındıqda sosial medianın nəzarətsiz istifadəsi müxtəlif problemlərə səbəb olur. Ən ciddi problemlərdən biri internet və sosial media asılılığıdır. Uşaqlar saatlarla telefon və planşet qarşısında vaxt keçirərək real həyatdan uzaqlaşırlar. Bu cihazlardan uzaq qaldıq da isə onlarda əsəbilik, gərginlik və aqressiv davranışlar formalaşır.

Sosial şəbəkələrlə yanaşı, videooyunların həddindən artıq istifadəsi uşaqların sağlamlığı və inkişafı üçün ciddi təhlükələr yaradır. Ən böyük problemlərdən biri oyun asılılığıdır. Zorakılıq məzmunlu oyunlar uşaqların davranışına mənfi təsir göstərən əsas amillərdən biridir.//Xəzər TV


 

0