İndiyə qədər neçə nəfər qəbul imtahanlarından uzaqlaşdırılıb?

SOSİAL
20:39 / 08.06.2026
48

Ali məktəblərə qəbul imtahanlarının birinci mərhələsi artıq başa çatıb. İkinci cəhd imtahanları isə iyul ayında keçiriləcək.

Trend Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir ki, II və III ixtisas qrupları üzrə ikinci cəhd imtahanı iyulun 5-də, I və IV ixtisas qrupları üzrə isə iyulun 12-də təşkil olunacaq.

Yaz qəbul imtahanlarında ümumilikdə 20 nəfər imtahandan xaric olunub. Onlardan 19 nəfər abituriyentlər, 1-i isə nəzarətçi-müəllimdir.

Belə ki, mayın 24-də II və III ixtisas qrupları üzrə keçirilən imtahan zamanı 9 nəfər imtahandan xaric edilib. Onlardan 7 nəfərdə mobil telefon, 2 nəfərdə isə “ağıllı” saat aşkar olunub.

İyunun 7-də I və IV ixtisas qrupları üzrə keçirilən imtahanda isə 11 nəfər kənarlaşdırılıb. Həmin şəxslərdən 10 nəfərdə mobil telefon aşkarlanıb.

Bundan əlavə, üzərində “ağıllı” saat aşkar edilən bir nəzarətçi-müəllim də imtahandan uzaqlaşdırılıb.

Dövlət İmtahan Mərkəzi baş vermiş faktlarla bağlı araşdırma aparır.

0