Çimərlikdə qiymətlər bahalaşacaq?

SOSİAL
13:42 / 11.06.2026
105

Azərbaycanda yay mövsümünün əsas istirahət dövrü hesab olunan çimərlik mövsümünün yaxın günlərdə başlaması nəzərdə tutulur. 

Lakin bu il iyun ayının ilk yarısında müşahidə olunan sərin və küləkli hava şəraiti diqqət çəkir.  Belə hava şəraiti fonunda sual yaranır: havaların qeyri-sabit keçməsi insanların çimərliklərə üz tutmasına təsir göstərəcək? Bu vəziyyət çimərlik obyektlərinə gələn ziyarətçi sayının azalmasına və xidmət qiymətlərində dəyişikliklərin baş verməsinə səbəb ola bilər?

Turizm eksperti Rəhman Quliyev Hit.az-a açıqlamasında deyib ki, yay aylarında havaların gözləniləndən sərin keçməsi turizm sektorunun bəzi istiqamətlərində aktivliyin zəifləməsinə səbəb ola bilər:

401590

“Xüsusilə çimərlik istirahətinə üstünlük verən turistlər planlarını dəyişdirərək alternativ məkanlara üz tuta bilər. Bu vəziyyətin dənizkənarı istirahət mərkəzlərinə olan marağın azalmasına səbəb olma ehtimalı var. Nəzərə almaq lazımdır ki, iqlim şəraiti turizm sahəsinin fəaliyyətinə birbaşa təsir göstərən əsas amillərdən biridir”.

Ekspert qeyd edib ki, mövsüm ərzində isti və sabit hava şəraitinin olmaması turist axınının zəifləməsinə, istirahət proqramlarının dəyişməsinə və sahilyanı turizm obyektlərinin iqtisadi göstəricilərinin pisləşməsinə səbəb ola bilər:

“Xüsusilə yay mövsümünün qısa davam etdiyi ölkələrdə hava amili turizmin nəticələrini müəyyən edən əsas faktorlardan hesab olunur”.

Günel Cəlilova

0