Niyə fiziki cəhətdən bizə yaxın olan insanları daha tez sevirik?

SOSİAL
16:02 / 22.06.2026
272

İnsanlar adətən fiziki olaraq özlərinə yaxın olan şəxslərə qarşı daha tez rəğbət bəsləyirlər.

Məsələn, eyni məhəllədə yaşayanlar və ya ofisdə işləyənlər bir-birilərini daha tez sevə bilirlər. Yəni bir insanı nə qədər tez-tez görürüksə, ona qarşı rəğbətimiz bir o qədər təbii şəkildə artır. 

Eyni ofisi və ya məhəlləni paylaşmaq fərqində olmasaq belə, beyində “təhlükəsizlik və tanışlıq” hissi yaradır. İnsan təkamül baxımından tanıdığı, gözünün alışdığı simaları daha yaxın hesab edir və onlara daha rahat güvənir. Nəticədə, fiziki yaxınlıq heç bir xüsusi səbəb olmadan belə, aramızda emosional bir bağın və rəğbətin cücərməsinə zəmin hazırlayır.

Psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova Hit.az-a açıqlamasında bildirib ki, insanların fiziki olaraq yaxın olduqları şəxslərlə dostluq, simpatiya və ya romantik münasibət qurma ehtimalı daha yüksəkdir:


“Eyni situasiyada olan insanlara münasibətimiz öz komfort zonamızı möhkəmləndirmək düşüncəsindən də çıxış edə bilər. Əsas məsələ həmin şəxslərlə başlanan münasibətlər ilk başda mənfi hisslər üzərindən qurulmamasıdır.

Bu halda sonra düşüncə dəyişsə də, bir yalnış davranış yenidən ilkin təsərrüta qayıtmağımıza səbəb olar. Leon Festinger bu halı “Yaxınlıq effekti” adlı altında elmə gətirib”.

Ekspert qeyd edib ki, adətən eyni ofisdə və ya binada olmaq bir insanı tez-tez görmək şəraiti yaradır:
“Bu şəraitin yaratdığı tanışlıq müsbət zəmin yaradarsa rəğbətləndirmə amili yüksəldir. Nəticə etibarilə, bir insanı nə qədər çox görürüksə, beynimiz onu bir o qədər tanış və təhlükəsiz hesab edir. Nəticədə ona qarşı rəğbət yaranma ehtimalı artır. 

Bu vəziyyətin güvən hissi verməsinə səbəbdə məhz etibarlılıqdır. Eyni bina və ya ofis insana elə təəssürat yaradır ki, sanki həmin şəxslər bizim həyatımız ayrılmaq hissəsidir. Lakin unutmaq da lazım deyil ki, situasiya dəyişəndə 85 faiz həmin şəxslərin bizim həyatımızdakı rolu azalır”.

Pərviz

0