Dini sualları süni intellektdən soruşmaq olar?

SOSİAL
14:22 / 23.07.2026
163

Son illərdə süni intellekt platformalarının geniş yayılması insanların dini mövzularda da cavab axtarma üsullarını dəyişib. 

Əvvəllər din alimlərinə və dini mənbələrə müraciət edən insanlar, indi eyni sualları süni intellektə ünvanlayır. Bunun əsas səbəbləri cavabların sürətli əldə olunması, əlçatanlıq və texnologiyaya artan etimaddır. Lakin süni intellekt dini mətnlər əsasında məlumat verə bilsə də, onun təqdim etdiyi cavabların dini hökm kimi qəbul olunması düzgün deyil. 

Bu isə “Süni intellekt dini məsələlərdə nə dərəcədə etibarlı mənbədir?” sualını daha da aktuallaşdırır.

İlahiyyatçı Tural İrfan Hit.az-a açıqlamasında bildirib ki, insanlar özlərinin məsul olmadığı və onlara fərz olmayan məsələləri süni intellektdən soruşub istifadə edirlər:

405428

“Lakin vacib ibadətlər, mükəlləf olduğu işlər, etiqad əsasları barədə bu kimi vasitələr mənbə ola bilməz. Çünki dəqiqlikdə yanıla bilər, istiqaməti doğru verməyə bilər. Şübhəsiz ki, təbii vasitələrin yerini heç bir süni vasitə verə bilməz. Dinin inanc, etiqad və fərz ibadətlər məsələsində yalnız Qurana, səhih dini mənbələrə və ya bilənlərə müraciət etmək lazımdır”.

Həmsöhbətimiz əlavə edib ki, digər təfərrüatları, detalları yaxud tarixi hadisələr haqqında isə süni intellekt vasitəsi ilə məlumat ala bilərlər:

“Bütün dini suallara süni intellektin doğru cavab verib verməməsi tərəddüdü yaranmaması üçün orijinal və təbii mənbələrlə bir daha dəqiqləşdirilməli, yoxlanılmalıdır”.

Günel Cəlilova

0