Avtomobili olan ailələrin sayı hansı bölgələrdə daha çoxdur? - SİYAHI

SOSİAL
21:38 / 03.08.2026
49

Bu ilin əvvəlinə olan məlumata görə, Azərbaycanda mövcud olan ev təsərrüfatlarının (ailələrin) 53,8%-də minik avtomobili olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, minik avtomobilinə sahib olan ailələr ən çox Dağlıq Şirvan iqtisadi rayonunda yaşayırlar.

Bu iqtisadi rayonda ailələrin 70,2%-i minik avtomobilinə sahibdir. Minik avtomobilinə ən az sahib olan ailələr isə paytaxt Bakıda yaşayanlardır. Bakıda yaşayan ailələrin cəmi 43,4%-nin minik avtomobili var.

Ailələrin minik avtomobilinə sahib olma göstəricisi iqtisadi rayonlar üzrə aşağıdakı kimi olub:
Bakı – 43,4%;
Naxçıvan – 52,4%;
Abşeron-Xızı – 48%;
Dağlıq Şirvan – 70,2%;
Gəncə-Daşkəsən – 66,4%;
Qarabağ – 57,4%;
Qazax-Tovuz – 60,2%;
Quba-Xaçmaz – 55,2%;
Lənkəran-Astara – 56,8%;
Mərkəzi Aran – 60,8%;
Mil-Muğan – 60,6%;
Şəki-Zaqatala – 53,7%;
Şərqi Zəngəzur – 57,2%;
Şirvan-Salyan – 53,5%.
 

0