Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

SOSİAL
19:58 / 05.08.2026
40
2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1300 manat təşkil edir.
 
Qaynarinfo Modern.az-a istinadən xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalına əsasən, bu məbləğ bir neçə kollecdə müxtəlif ixtisaslar üzrə müəyyən edilib.
 
Ən yüksək təhsil haqqı tələb olunan kolleclər və ixtisaslar aşağıdakılardır:
 
Bakı Biznes və Kooperasiya Kolleci
 
Bu kollecdə Kargüzarlıq və arxiv işi, Bank işi, Bələdiyyə işi, Kommersiya işi, Marketinq (sahələr üzrə), Maliyyə işi, Sığorta işi, Vergi işi, Kompüter sistemlərinin təmiri və servisi, Nəqliyyat logistikası, Sosial iş, Turizm işinin təşkili, Maliyyə işi (Azərbaycan və rus bölmələri), Kompüter şəbəkələri və şəbəkə inzibatçılığı (Azərbaycan və rus bölmələri) ixtisasları üzrə illik təhsil haqqı 1300 manat müəyyən edilib.
 
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci
 
Bu təhsil müəssisəsində "Nəqliyyat avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə illik təhsil haqqı 1300 manatdır.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci
 
Bu kollecdə Sənaye müəssisələrinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı, Neft-qaz quyularının istismarı, Neft-qaz çıxarılması, Neft-qaz yataqlarının geologiyası və işlənilməsi, Neft və qaz, Neft-qaz qurğuları, Mühasibat uçotu ixtisaslarında təhsil almaq istəyənlər illik 1300 manat təhsil haqqı ödəyəcəklər.
 
Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci
 
Bu kollecdə Bank işi, Maliyyə işi və Mühasibat uçotu ixtisasları üzrə illik təhsil haqqı 1200 manat təşkil edir.
 
Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci
 
Bu təhsil müəssisəsində isə Bank işi, Maliyyə işi, Mühasibat uçotu və Vergi işi ixtisaslarının illik təhsil haqqı 1100 manat müəyyən olunub.
 
0