Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər olub?

SOSİAL
16:22 / 10.08.2026
36

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7% artıb.

HİT.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Hesabat dövründə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqısı 1 174,4 manat təşkil edib.

Məlumata görə, orta aylıq əməkhaqqının daha yüksək olduğu sahələr arasında mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, həmçinin nəqliyyat və anbar təsərrüfatı yer alıb.

0