Azərbaycanda hazırda 2400-dək aliment işində borclu tərəf qadınlardır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Naziriliyindən məlumat verilib.
Bildirilib ki, 2026-cı ilin ilk 6 ayının sonunda icraatda 131 minədək aliment işi olub.
Birinci yarımildə 126 minədək işdə tam və ya müəyyən gecikmələrlə ödəniş həyata keçirilib.


