Naxçıvan Dövlət Universitetində tələbələr üçün 1000 yerlik yataqxana kompleksi tikiləcək.
HİT.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Sərəncamda əksini tapıb.
Bu kompleksin tikintisi üçün Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 25 milyon manat ayrılması nəzərdə tutulub.


