Bu ilin ilk yarısı ərzində Azərbaycanda ümumilikdə 52 min 252 yeni iş yeri açılıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yeni açılan iş yerlərinin 40 min 504-ü və ya 77,5%-i Bakı şəhərinin payına düşüb.
Məlumata görə, təkcə bu ilin II rübündə ölkə üzrə 28 min 746 yeni iş yeri açılıb. Bu iş yerlərinin 22 min 686-sı və ya 78,9%-i Bakı şəhərində yaradılıb.
İqtisadi rayonlar arasında ilin ilk yarısında ən çox yeni iş yeri Bakıdan sonra Abşeron-Xızı iqtisadi rayonunda açılıb – 3 min 387. Bunun 1 723-ü Abşeron rayonunun, 1 310-u Sumqayıt şəhərinin, 354-ü isə Xızı rayonunun payına düşüb.
Şəki-Zaqatala iqtisadi rayonunda 1 045, Qarabağ iqtisadi rayonunda 965, Gəncə-Daşkəsən iqtisadi rayonunda 1 286, Quba-Xaçmaz iqtisadi rayonunda 1 070, Şərqi Zəngəzur iqtisadi rayonunda 453, Şirvan-Salyan iqtisadi rayonunda 436 yeni iş yeri açılıb.
İnzibati ərazi vahidləri arasında isə bu ilin ilk yarısında ən çox yeni iş yeri Nərimanov rayonunda yaradılıb – 6 940. Nəsimi rayonunda 5 734, Səbail rayonunda 4 864, Yasamal rayonunda 4 836, Xətai rayonunda 4 941 yeni iş yeri açılıb.
Qeyd edək ki, bu ilin ilk yarısında şəhər və rayonlar üzrə yeni açılan iş yerlərinin sayı belə olub:
Nərimanov rayonu – 6 940
Nəsimi rayonu – 5 734
Xətai rayonu – 4 941
Səbail rayonu – 4 864
Yasamal rayonu – 4 836
Binəqədi rayonu – 4 182
Nizami rayonu – 2 898
Sabunçu rayonu – 2 668
Suraxanı rayonu – 1 776
Abşeron rayonu – 1 723
Sumqayıt şəhəri – 1 310
Xəzər rayonu – 1 079
Gəncə şəhəri – 948
Naxçıvan şəhəri – 606
Şəki rayonu – 522
Quba rayonu – 518
Ağdam rayonu – 314
Qəbələ rayonu – 291
Tovuz rayonu – 271
Şirvan şəhəri – 268
Şəmkir rayonu – 247
Qusar rayonu – 204
Xaçmaz rayonu – 200
Cəbrayıl rayonu – 199
Lənkəran rayonu – 193
İmişli rayonu – 177
Yevlax rayonu – 175
Mingəçevir şəhəri – 175
Kürdəmir rayonu – 166
Xankəndi şəhəri – 147
Laçın rayonu – 144
Qobustan rayonu – 122
Qazax rayonu – 118
Goranboy rayonu – 115
Beyləqan rayonu – 108
Tərtər rayonu – 92
Xocalı rayonu – 85
Ağdərə rayonu – 83
Sabirabad rayonu – 83
Oğuz rayonu – 81
Babək rayonu – 80
Kəlbəcər rayonu – 72
Balakən rayonu – 70
Biləsuvar rayonu – 69
Zaqatala rayonu – 62
Daşkəsən rayonu – 62
Samux rayonu – 57
Şuşa rayonu – 56
Şərur rayonu – 54
Naftalan şəhəri – 53
Göygöl rayonu – 51
Lerik rayonu – 49
Masallı rayonu – 46
Cəlilabad rayonu – 46
Füzuli rayonu – 44
Neftçala rayonu – 42
Bərdə rayonu – 38
Astara rayonu – 38
Pirallahı rayonu – 35
Göyçay rayonu – 34
Salyan rayonu – 33
Yardımlı rayonu – 29
Xocavənd rayonu – 28
Hacıqabul rayonu – 24
Ağdaş rayonu – 20
Qax rayonu – 19
Qubadlı rayonu – 19
Zəngilan rayonu – 19
Zərdab rayonu – 15
Ordubad rayonu – 10
Ucar rayonu – 7
Saatlı rayonu – 7
Şahbuz rayonu – 5
Culfa rayonu – 4
Sədərək rayonu – 2
Kəngərli rayonu – 1


