Bu liseydə yeni təyinat oldu

SOSİAL
17:46 / 20.08.2026
51

Pünhan Əlizadə Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.

Bu barədə HİT.az-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, Pünhan Əlizadə 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Riyaziyyat-informatika” ixtisası üzrə bakalavriat səviyyəsini bitirib.

Əmək fəaliyyətinə 2002-ci ildə Saatlı rayonu M.Əzizbəyov adına 2 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayıb. 2006–2007-ci illərdə Saatlı Rayon Təhsil Şöbəsində metodist vəzifəsində çalışıb.

2014–2020-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Saatlı Rayon Təhsil Şöbəsində məsləhətçi, 2020–2021-ci illərdə Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunda məsləhətçi vəzifəsində fəaliyyət göstərib.

2022-ci ildən 2024-cü ilədək Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu üzrə təhsil sektorunun metodik kabinetinin müdiri vəzifəsində çalışıb.

6 yanvar 2025-ci ildən Mil-Muğan Regional Təhsil İdarəsinin Saatlı rayonu Nabatkənd kəndi İ.Ağayev adına tam orta məktəbində müəllim kimi fəaliyyət göstərir.

19 avqust 2026-cı il tarixindən Saatlı Peşə Liseyində tərbiyə işləri üzrə direktor müavini təyin olunub.


 

0