Bakı adı hazırda beş keçmiş SSRİ respublikasının paytaxtında küçə adı kimi mövcuddur.
Yeniavaz.com xəbər verir ki, bunlardan biri Moskva (Rusiya) şəhəridir.
Rusiya paytaxtında Bakı (“Bakinskaya”) küçəsi yerləşir. Küçəyə bu ad 1965-ci ildə verilib. Kiyevdə (Ukrayna) də Bakı küçəsi var. Bu küçəyə isə Bakı adı 1955-ci ildə qoyulub.
Bunlardan başqa Minskdə (Belarus) və Tbilisidə (Gürcüstan) Bakı adlı küçələr mövcuddur. Həmçinin Daşkənddə (Özbəkistan) də Bakı adlı küçə var.
Bakıda isə keçmiş SSRİ respublikalarının paytaxtlarından ancaq Moskva (Rusiya) və Tbilisiyə (Gürcüstan) aid küçə adları var. Daha əvvəl Bakıda Yerevan (Ermənistan) və Kiyev (Ukrayna) adlı küçələr olsa da, sonradan dəyişdirilib. Hazırda Nəsimi rayonunda yerləşən Vaqif prospekti əvvəllər Yerevan, Yasamal rayonunda yerləşən General Akim Abbasov küçəsi isə əvvəllər Kiyev prospektləri adlanıb.
Onu da bildirək ki, vaxtı ilə İrəvanda (Ermənistan) da Bakı adlı küçə olub və daha sonra bu küçənin adı dəyişdirilərək “Artsax” adlandırılıb.


