Ötən il Azərbaycanda doğulan 50 min 539 uşağın 23%-i və ya 11 min 626-sı rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, son bir ildə bu göstərici aşağı düşüb.
Müqayisə üçün bildirək ki, 2024-cü ildə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 25%-ni təşkil edib. 2023-cü ildə bu göstərici 27%, 2022-ci ildə isə 30% olub.
Son illər ərzində Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı azalmağa başlayıb. Nikahda olmayan qadınlar tərəfindən ən çox uşaq 2011-ci ildə dünyaya gəlib – 30 min 983 nəfər. Həmin il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən dünyaya gətirilən uşaqlar ümumi doğulanların 34,2%-ni təşkil edib.
Azərbaycanda rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən uşaqlar ən çox kənd yerlərində doğulur. Ötən il doğulmuş 11 min 626 uşağın 7 min 27-i kənd yerlərində, 4 min 599-u isə şəhər yerlərində dünyaya gəlib.


