4 il məzuniyyətə çıxmadan işlədi, təzminat verilmədən işdən çıxarıldı - VİDEO

SOSİAL
09:12 / 27.08.2026
30

Zaqatala sakini Sərcahan Ramazanova deyir ki, 2023-cü ildən paytaxtda - İçərişəhərdə yanaşı yerləşən və eyni şirkətə məxsus olan bir neçə butik hoteldə supervayzer kimi fəaliyyət göstərir.

İyulun 28-də ona şifahi şəkildə işdən azad olunduğu bildirilib. Sərcahan Ramazanovanın iddiasına görə, tabeliyində olan təmizlikçi qadına karqo ilə gül göndərildiyinə görə, müdir əsəbiləşib onu işdən çıxarıb.

Sərcahan Ramazanova iddia edir ki, 4 il məzuniyyətə çıxmadan işləyib. Lakin işdən çıxarıldığına görə ona məzuniyyət günlərinin ödənişi və təzminat verilməyəcəyi bildirilib.

Hüquqşünas Şamil Paşayev deyir ki, əgər işçi işlədiyi müddət ərzində məzuniyyət hüququndan istifadə etməyibsə və ona məzuniyyət pulu verilməyibsə, bu, qanun pozuntusudur.//Xəzər TV

0