Zorakılığa məruz qalan kişilər də var...

SOSİAL
16:10 / 27.08.2026
35

Zorakılıq sözü uzun illər cəmiyyətin yaddaşında daha çox qadın və uşaq obrazı ilə yanaşı çəkilib.

Zərərçəkən deyəndə göz önünə qadın, müdafiəyə ehtiyacı olan deyəndə isə uşaq gəlib. Kişi isə bu mənzərənin kənarında dayanıb: qoruyan, müdafiə edən, ailəni ayaqda saxlayan və özü heç vaxt köməyə ehtiyacı olmayan tərəf kimi qəbul edilib. İndi isə mənzərə dəyişir.

Kişilərin də ailə daxilində fiziki, psixoloji və digər zorakılıq formaları ilə üzləşməsi barədə məlumatların mediada və sosial şəbəkələrdə daha çox görünməyə başlayıb. Məlumdur ki, kişiyə uşaqlıqdan “sən güclüsən” deyilib. Ənənəvi ailə modelində kişinin üstün mövqedə olması çox vaxt təbii qəbul edilirdi. 

Kişinin qərarı son söz sayılır, qadının isə həmin qərara uyğunlaşması gözlənilirdi. Ənənəvi ailə modelində kişinin üstün mövqedə olması çox vaxt təbii qəbul edilirdi. Kişinin qərarı son söz sayılır, qadının isə həmin qərara uyğunlaşması gözlənilirdi.

Bu modelin müəyyən formaları zaman keçdikcə dəyişməyə başlayıb. Qadınların təhsil alması, işləməsi, iqtisadi müstəqilliyinin artması, hüquqlarını daha yaxşı bilməsi ailədaxili münasibətlərdə əvvəlki güc balansının dəyişməsinə səbəb olub.

Əslində sağlam münasibətdə bir tərəfin güclənməsi digər tərəfin əzilməsi ilə nəticələnməməlidir. Kişiyə qarşı zorakılığın görünməsi cəmiyyət üçün başqa bir stereotipi də sarsıdır: “Kişi həmişə zor tətbiq edən tərəfdir.”

Halbuki zorakılıq cinsiyyətə məxsus davranış deyil. Zorakılıq bir davranış seçimidir və onu edən şəxsin qadın və ya kişi olması həmin davranışın mahiyyətini dəyişmir...

Günel Cəlilova
 

0