Sinif yoldaşı olan bacı-qardaş indi də qrup yoldaşı oldu

SOSİAL
14:44 / 28.08.2026
32

Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyadan məzun olan bacı-qardaş - İnci və Həmid Mursaquliyevlər yüksək nəticə göstərərək tələbə adını qazanıblar.

HİT.az xəbər verir ki, bu barədə Abşeron-Xızı Regional Təhsil İdarəsi məlumat yayıb.

Həm də sinif yoldaşı olan İnci və Həmid Azərbaycan Tibb Universitetinin “Tibb” fakültəsinə qəbul olunublar.

İnci imtahanda 690,2 bal, Həmid isə 667 bal toplayıb.

0